...

"Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisi 2012-ci ildə başa çatacaq - Azərbaycan XİN başçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 15:27 (UTC +04:00)
Azərbaycan və Gürcüstan xarici işlər nazirləri "Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisi layihəsinin reallaşdırılması gedişindən razıdırlar. Bu barədə cümə günü Azərbaycan və Gürcüstan XİN başçıları Elmar Məmmədyarov və Qriqol Vaşadze cümə günü Tbilisidəki birgə mətbuat konfransında bildiriblər.
"Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisi 2012-ci ildə başa çatacaq - Azərbaycan XİN başçısı

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri "Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisi layihəsinin reallaşdırılması gedişindən razıdırlar. Bu barədə cümə günü Azərbaycan və Gürcüstan XİN başçıları Elmar Məmmədyarov və Qriqol Vaşadze cümə günü Tbilisidəki birgə mətbuat konfransında bildiriblər.

"Bu layihə vaxtında başa çatacaq və onun reallaşdırılmasının gedişi narahatlıq doğurmur", - Məmmədyarov qeyd edib və bildirib ki, "2012-ci ildə biz "Bakı-Tbilisi-Qars" dəmir yolunu açacağıq".

Vaşadze qeyd edib ki, bir sıra, o cümlədən, dəmir yolunun tikintisi ilə bağlı məsələlər nazirlərin görüşündə müzakirə olunub. "Biz qarşılıqlı iqtisadi münasibətlərimizin tam spektirini nəzərdən keçirdik", - o deyib.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti