...

Azərbaycanın qərb regionunda sahibkarlara 300 min manata yaxın güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 16:09 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 24 sahibkara 295 min manat güzəştli kredit verib.
Azərbaycanın qərb regionunda sahibkarlara 300 min manata yaxın güzəştli kredit verilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Axundov/

Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 24 sahibkara 295 min manat güzəştli kredit verib. Bu barədə nazirliyin məlumatında deyilir.

Məlumatda bildirilir ki, bu kreditlər hesabına 45 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Cümə günü SKMF Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 200-ə yaxın sahibkarın iştirakı ilə növbəti tədbir keçirib.

Tədbir çərçivəsində layihələrin güzəştli maliyyələşdirilməsi üçün Gəncə-Qazax iqtisadi rayonundakı prioritet sahələr müəyyənləşdirilib. Tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Goranboy rayonundakı tikinti materiallarının (gips) istehsalı ilə məşğul olan "Goranboy Gips" ASC-nin fəaliyyətinə baxış keçiriblər.

Eləcə də Tədbir çərçivəsində sahibkarlar üçün treninq keçirilib. Treninqdə güzəştli kreditlərin verilməsi, biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilib.

Oktyabrın 15-nə olan rəsmi məzənnə 0,8015 AZN/USD təşkil edib.

Xəbər lenti

Xəbər lenti