...

BMT baş katibi "BakuTel" sərgisinin iştirakçılarına salamlama məktubu göndərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2010 18:32 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun Azərbaycanda keçiriləcək 16-cı Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransının iştirakçılarına salamlama məktubu göndərib.
BMT baş katibi "BakuTel" sərgisinin iştirakçılarına salamlama məktubu göndərib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

BMT-nin baş katibi Pan Gi Mun Azərbaycanda keçiriləcək 16-cı Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransının iştirakçılarına salamlama məktubu göndərib.

"Azərbaycanda keçirilən 16-cı Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransının iştirakçılarını səmimi qəlbdən salamlayıram", - məktubda deyilir.

"Müxtəlif ölkələrin hökumətləri ilə şirkətlər arasında körpü funksiyasını yerinə yetirən və ən son texnologiyaların nümayiş olunması üçün platforma kimi çıxış edən "BakuTel" davamlı inkişaf naminə həyata keçirilən səylərdə telekommunikasiya sektorunun rolunun artırılmasına imkan yaradır. Mən şirkət rəhbərləri və ölkə hökumətlərini İKT-dən inkişaf naminə yararlanmaq üçün yeni təkliflər hazırlamağa və "yaşıl" texnologiyalar üçün novator ideyalarla çıxış etməyə çağırıram", - BMT baş katibinin məktubunda qeyd olunur.

"Birləşmiş Millətlər Təşkilatı öz növbəsində regionda İKT sektorunun inkişafı üçün hökumətlər və digər tərəf müqabilləri ilə işi davam etdirir. Əldə etdiyimiz yeni nailiyyətlər Minilliyin İnkişaf Hədəfləri istiqamətində göstərdiyimiz intensiv səylərə böyük töhfə verə bilər. Belə ki, biz bu proqram ilə bağlı beynəlxalq səviyyədə razılaşdırılmış yekun tarixə, yəni 2015-ci ilə yaxınlaşırıq.

Mən bizim ümumi inkişaf məqsədlərimizə nail olmaq üçün təşkilatçılar və iştirakçılar tərəfindən göstərilən səyləri təqdirəlayiq hesab edir və sərgi-konfransın səmərəli keçməsini arzulayıram", - məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti