Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanda yalnız həyat sığortası ilə məşğul olan ikinşi şirkət - "Qala Həyat" yaradılıb. Bu barədə Azərbaycanın Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov cümə axşamı deyib.
"Qala Həyat" "Qala Sığorta" şirkətinin bazası əsasında yaradılıb. Beləliklə, ölkədə "Atəsgah Həyat"dan sonra ikinci Life-şirkət yaradılıb", - Xəlilov deyib.
"Qala Sığorta" şirkətini aktuarı Rauf Tağıyevin sözlərinə görə, Non-life şirkətinin yaranması nəticəsində "Qala Sığorta"nın portfeli bir neçə yerli şirkət arasında bölüşdürülüb. Noyabrın 1-nə olan vəziyyət görə, şirkətin sığorta haqları 0,11 milyon manat, ödənişləri isə 0,01 milyon manat təşkil edib.
"Qala Həyat" şirkətinə lisenziya DSNX tərəfindən cari il noyabr ayının 30-da verilib.
"Qala Həyat" şirkətinin həyat sığortası üzrə portfelinin formalaşması üzrə fəaliyyəti sıfırdan başlayacaq.
"Qala Sığorta" ASC 2008-ci il iyulun 31-də ölkənin Maliyyə Nazirliyindən sığorta fəaliyyəti göstərmək üçün lisenziya alıb. Şirkətin təsisçisi Azərbaycanda yeganə təkrar sığorta şirkəti olan "AzRe Təkrar Sığorta"dır. Şirkətin nizamnamə kapitalı 3,5 milyon manat təşkil edir.
Bu gün Azərbaycanda həyat sığortası ilə məşğul olmaq hüququna malik dörd sığorta şirkəti - "Paşa Sığorta", "Atəşgah Həyat", "Standard Insurance" və "Ata Sığorta" fəaliyyət göstərir.
2011-ci il martın 15-dək ixtisaslaşdırılmış "Atəşgah Həyat" şirkəti istisna olmaqla, "Sığorta fəaliyyəti haqqında" qanun qəbul edilənədək həyat sığortası ilə məşğul olmaq hüququna malik və kapital üzrə tələbləri [bu halda nizamnamə kapitalı kapitalla bağlı normativ tələbləri ikiqat üstələməlidir] yerinə yetirən şirkətlər bu istiqamətdə fəaliyyətlərini davam etdirə bilərlər. Bu moratorium üç il müddətinə tətbiq edilib. Qanunda həyat sığortası üzrə ixtisaslaşdırılmış şirkətlərin yaradılması nəzərdə tutulub ki, bu da bazarın inkişafına səbəb ola bilər.
Qərbi Avropa və dünyanın inkişaf etmiş sığorta bazarlarına malik digər ölkələrində həyat sığortası üzrə haqların payı sığorta ödənişlərinin ümumi həcminin orta hesabla 55-60 faizini təşkil edir. Azərbaycanda bu göstərici noyabrın 1-nə 0,86 faiz təşkil edib.
Bu şirkətlərdən "Paşa Sığorta" və "Ata Sığorta" da ixtisaslaşdırılmış Life-şirkətin yaradılması istiqamətində çalışırlar və bununla əlaqədar onlar artıq DSNX-yə müraciət ediblər.
Maliyyə Nazirliyinin məlumatına görə, 2010-cu ilin yanvar-oktyabr aylarında ölkədə həyat sığortası üzrə haqların həcmi 1,127 milyon manat, ödənişlər 278 min manatdan artıq təşkil edib. Bu dövrdə qeyri-həyat sığortası üzrə haqların həcmi 101,72 milyon manat, ödənişlər isə 33,94 milyon manat təşkil edib.
Dekabrın 2-nə olan rəsmi məzənnə 0,8 AZN/USD təşkil edir.