...

Azərbaycanda alternativ inflyasiya noyabrda 2,75 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 19:49 (UTC +04:00)
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) hesablamalarına görə, Azərbaycanda inflyasiya noyabrda 2,75 faiz təşkil edib.
Azərbaycanda alternativ inflyasiya noyabrda 2,75 faiz təşkil edib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Ü.İsmayılova/

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) hesablamalarına görə, Azərbaycanda inflyasiya noyabrda 2,75 faiz təşkil edib. Ötən ay Bakıda istehlak qiymətləri 2,94 faiz, ölkə regionlarında isə 2,56 faiz təşkil edib. Bu barədə mərkəzin cümə axşamı yayılan məlumatında deyilir.

"11 ay ərzində Azərbaycanda inflyasiyanın səviyyəsi 9,16 faiz təşkil edib", - məlumatda deyilir.

Təşkilatın ekspertlərinin hesablamalarına görə, noyabrda 2009-cu ilin analoji dövrünə nisbətdə Azərbaycanda inflyasiyanın səviyyəsi 10,18 faiz təşkil edib.

Yekun cədvəl qiymətlərin dəyişilməsini göstərir:

Noyabr - Oktyabr, 2010

Noyabr, 2010 - Dekabr 2009

Yanvar-noyabr, 2010 - Yanvar-noyabr, 2009

Bütün ərzaq malları və xidmətlər

+2,75

+9,16

+6,40

Ərzaq malları, içkilər və tütün

+4,73

+16,15

+9,08

Qeyri-ərzaq malları

+0,65

+1,43

-0,05

Xidmətlər

+0,15

+1,20

+7,58

Aşağıdakı cədvəl Bakı və bölgələrdə qiymət dəyişikliklərini göstərir:

Bütün mallar və xidmətlər üzrə

Ərzaq

Qeyri-ərzaq

Xidmətlər

Bakı şəhəri

+2,94

+4,94

+ 1,09

+0,01

Regionlar

+2,56

+4,54

+0,22

+0,28

Təşkilatın məlumatında həmçinin deyilir ki, noyabrda ərzaq malları arasında ən yüksək qiymət artımı əla növ çörəkdə -16,77 faiz, günəbaxan yağı - 8,35 faiz, bulka - 7,35 faiz, toyuq yumurtası - 20,31 faiz, peçenye - 7,25 faiz və digər məhsullarda müşahidə olunub. Qiymətlərin əhəmiyyətli dərəcədə azalması yerkökü -10,73 faiz, naringi -13,76 faiz, toyuq əti - 1,23 faiz və digər mallarda müşahidə olunub.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, noyabrda ölkədə inflyasiya səviyyəsi 1,8 faiz təşkil edib.

İTM-in hesablamalarına görə, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu noyabrda 156,18 manat, pensiyaçılar üçün 137,14 manat, 14 yaşına qədər uşaqlar üçün isə 191,69 manat təşkil edib.

Noyabrda əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 98,8 manat, pensiyaçılar 85,63 manat, 14 yaşadək uşaqların valideynləri isə 112,71 manat xərcləyiblər.

Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərclər işləyən əhali üçün 32,28 manat, pensiyaçılar üçün 29,25 manat, 14 yaşadək uşaqlar üçün isə 61,51 manat təşkil edib.

Xidmət sahəsində xərclər müvafiq olaraq 25,1 manat, 22,26 manat və 17,47 manat təşkil edib.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün isə 72 manat məbləğində müəyyən edilib.

Dekabrın 9-na olan rəsmi məzənnə 0,7990 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti