...

"Parabank" Kukla Teatrı ilə birgə Yeni il aksiyası keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2010 19:11 (UTC +04:00)
"Parabank" 29-30 dekabr tarixlərində Azərbaycan Dövlət Kukla Teatrında yeni il aksiyası keçirəcək.
"Parabank" Kukla Teatrı ilə birgə Yeni il aksiyası keçirir

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

"Parabank" 29-30 dekabr tarixlərində Azərbaycan Dövlət Kukla Teatrında yeni il aksiyası keçirəcək. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Yeni il aksiyası çərçivəsində teatra gələn uşaqları "Parabank"ın işçiləri maraqlı hədiyyələrlə qarşılayacaqlar.

Uşaqlar teatrı seyr etməkdən əlavə, hədiyyələrdən də zövq alacaqlar.

Bu tədbir "Parabank" ASC-nin bank məhsulları haqqında əhalini məlumatlandırmaq və uşaqların bayram günlərini maraqlı keçirməsi məqsədilə təşkil olunub.

"Parabank" öz 19 illik bank təcrübəsinə əsaslanaraq bu tip layihələrə böyük əhəmiyyət verir və aktiv şəkildə iştirak edir.

Xəbər lenti

Xəbər lenti