...

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi 2011-ci ildə seminarların plan-qrafikinə əsasən tədbirlərə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2011 17:30 (UTC +04:00)
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi yaxın günlərdə 2011-ci ildə seminarların təşkili üzrə təsdiq olunmuş plan-qrafik çərçivəsində öz əməkdaşları üçün treninq və seminarların keçirilməsinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi 2011-ci ildə seminarların plan-qrafikinə əsasən tədbirlərə başlayır

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi yaxın günlərdə 2011-ci ildə seminarların təşkili üzrə təsdiq olunmuş plan-qrafik çərçivəsində öz əməkdaşları üçün treninq və seminarların keçirilməsinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Komitəsindən məlumat verilib.

Təlim seminarlarının keçirilməsində başlıca məqsəd vətəndaş müraciətlərinin cavablandırılmasında operativliyin təmin edilməsi, habelə insan hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin daha gücləndirilməsidir. Keçiriləcək təlim seminarlarının əsas mahiyyəti komitə işçilərinin ixtisas səviyyəsinin və peşəkarlığının artırılması, qarşıya qoyulmuş vəzifələrin icrası prosesində səmərəliliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı işçilər arasında qanunvericiliyin izahı və maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Təlim seminarlarının nəticəsi olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin işçilərinin peşəkarlıq bacarıqlarının və biliklərinin qiymətləndirilməsi həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti