...

ITIC növbəti görüşün keçirilməsi üçün Azərbaycanı seçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2011 16:41 (UTC +04:00)
Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (ITIC) vergi ekspertlərinin illik yeddinci Avrasiya seminarı keçirilir.
ITIC növbəti görüşün keçirilməsi üçün Azərbaycanı seçib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir N.İsmayılova/

Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (ITIC) vergi ekspertlərinin illik yeddinci Avrasiya seminarı keçirilir.

"Seminarda 7 ölkədən 60-dan çox nümayəndə iştirak edir. Biz seminarın Bakıda keçirilməsinə şadıq. Seminarın əsas məqsədi Azərbaycanın vergi sahəsində və vergi inzibatçılığında təcrübəsi ilə tanışlıqdır", - Trend-in məlumatına görə, ITIC-nin prezidenti Daniel Vitt deyib.

Onun sözlərinə görə, Azərbaycanın Vergilər və Maliyyə nazirlikləri seminarın keçirilməsinə dəstək verib.

Maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, əvvəllər belə tədbirlər əsasən ITIC-nin mənzil-qərargahında və ya Aİ ölkələrində keçirilirdi və onun MDB ölkələrindən birində təşkili əhəmiyyətli hadisədir.

"Seminarın əsas məqsədi fikir və təcrübə mübadiləsi, MDB regionundan olan iştirakçı ölkələr arasında planlaşdırılan və aparılan islahatların müzakirəsidir. Bu, böyük əhəmiyyətə malikdir, çünki region ölkələrinin iqtisadiyyatı oxşardır", - Bayramov bildirib.

Üçgünlük seminarın işində Avrasiya İqtisadiyyat Birliyi, Avropa Vergi Administrasiyaları Təşkilatı, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Türkmənistanın nümayəndə heyətləri, eləcə də Azərbaycanın dövlət qurumlarının nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti