...

PwC Akademiyası - Artıq Azərbaycanda!

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2011 16:56 (UTC +04:00)
PwC Azərbaycan" şirkəti " PwC Akademiyası - Artıq Azərbaycanda!" mövzusunda yarım günlük seminar təşkil edib. Seminar cümə axşamı "Park Inn" hotelində keçirilib
PwC Akademiyası - Artıq Azərbaycanda!

Azərbaycan, Bakı, 9 iyun /Trend/

"PwC Azərbaycan" şirkəti " PwC Akademiyası - Artıq Azərbaycanda!" mövzusunda yarım günlük seminar təşkil edib. Seminar cümə axşamı "Park Inn" hotelində keçirilib.

Bu tədbirdə müxtəlif şirkət və təşkilatlardan 200 nəfər iştirak edib.

Seminarda PwC şirkətinin mütəxəssisləri ingilis və rus dillərində ACCA DipIFR (Beynəlxalq Maliyyə Hesabatlarının hazırlanması üzrə ACCA Diplomu), İxtisaslaşmış Daxili Auditor (CIA), CIMA Diplomu (Fəaliyyətin səmərəliliyinin idarə edilməsi), eləcə də Azərbaycan dilində MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) kimi dünyada tanınmış təlim üzrə imkanları təqdim ediblər.

PwC (Azərbaycan) Akademiyası seminarda işçilərin təlimi sahəsində qabaqcıl həllər və məsləhət xidmətlərinə dair məlumat verib. Seminarda həmçinin təşkilatlarda mütəxəssislərin bilik səviyyələrinin artırılması ilə bağlı PwC şirkətinin necə kömək edə biləcəyi izah edilib, eyni zamanda, fərdi qeydiyyat və korporativ təlim həlləri müzakirə edilib.

Ətraflı məlumat üçün bütün maraqlı tərəflər PwC (Azərbaycan) Akademiyası ilə +994 (12) 497 25 15 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti

Xəbər lenti