...

"Kapital Bank" 196 nömrəli müştəri xidmətini yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2011 11:26 (UTC +04:00)
Müştərilərin banka müraciət imkanlarının genişləndirilməsi, onları maraqlandıran sualların operativ cavablandırılması məqsədilə "Kapital Bank"ın 196 nömrəli müştəri xidməti (Call Centre) yenilənib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
"Kapital Bank" 196 nömrəli müştəri xidmətini yeniləyib

Azərbaycan, Bakı, 20 iyun / Trend /

Müştərilərin banka müraciət imkanlarının genişləndirilməsi, onları maraqlandıran sualların operativ cavablandırılması məqsədilə "Kapital Bank"ın 196 nömrəli müştəri xidməti (Call Centre) yenilənib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Yeni sistem texniki göstəricilərinə görə telefon məlumat xidmətinin yüksək səviyyədə təşkili üçün böyük imkanlar yaradır.

Qeyri-adi intellektual platformaya malik sistem fasiləsiz xidmət göstərir, çoxlu sayda zəngləri eyni vaxtda qəbul edə bilir və heç bir zəngi cavabsız qoymur.

Azərbaycan, rus və ingilis dillərində çalışan məlumat xidməti bəzi zənglərin operator olmadan avtomatik rejimdə cavablandırılması üçün universal sistemə malikdir. Belə ki, zəng edən şəxslə telefon mərkəzi arasında interaktiv əlaqə yaradılır. Zəng edən müvafiq düymələri seçməklə "Kapital Bank"ın təklif etdiyi çeşidli xidmətlər, məhsullar, həmçinin bankın keçirdiyi kampaniyalar haqqında ətraflı məlumat ala bilir, yaxud operatorla bağlanıb suallarını ona ünvanlayır.

İndi hər kəs həftənin 7 günü, günün 24 saatı ərzində "Kapital Bank"ın 196 nömrəli müştəri xidmətinə zəng edərək onu maraqlandıran məlumatları daha rahat və operativ şəkildə əldə edə bilər.

Xəbər lenti

Xəbər lenti