...

Kapital Bank öz müştərilərinə özünəxidmət imkanı yaradan ilk Azərbaycan bankı oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 16:00 (UTC +04:00)
Kapital Bank öz müştərilərinə özünəxidmət imkanı yaradan ilk Azərbaycan bankı olub.
Kapital Bank öz müştərilərinə özünəxidmət imkanı yaradan ilk Azərbaycan bankı oldu

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Kapital Bank öz müştərilərinə özünəxidmət imkanı yaradan ilk Azərbaycan bankı olub. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Bakı şəhəri, Azadlıq prospekti 26 ünvanında (28 May metrostansiyasının yaxınlığı) Kapital Bankın 24 saat ərzində fasiləsiz xidmət göstərən özünəxidmət mərkəzi açılıb.

İndi bankın plastik kartına sahib olan hər bir müştəri bu imkandan istifadə edərək müstəqil şəkildə kommunal xidmətlərdən, mobil rabitədən istifadə üzrə ödənişlər apara, valyuta mübadiləsi edə, hesabını artıra və digər əməliyyatlar həyata keçirə bilər.

Kapital Bankın özünəxidmət mərkəzi müştərilərə pul vəsaitlərini kartdan karta köçürmək, PİN-kodlarını dəyişmək, hesabdakı vəsaitdən müxtəlif ödənişlər aparmaq imkanı da verir.

Özünəxidmət mərkəzi lazımi avadanlıqlarla tam komplektləşdirilib. Burada 2 adi, 2 "cash-in" tipli bankomat, 1 valyuta mübadiləsi və 2 məlumat köşkü quraşdırılıb. "Cash-in" tipli bankomatlar bank texnologiyalarının son nailiyyətlərindən sayılır. Adi bankomatlardan fərqli olaraq, bu bankomatın köməyi ilə müştəri kart hesabına vəsait daxil edə bilər. Həmin vəsait "onlayn" rejimində dərhal hesaba əlavə olunur.

Beləliklə, Kapital Bank müştərilərinin növbədə dayanmaq ehtiyacını aradan qaldırır, onların vaxtının hər dəqiqəsinə dəyər verir.

Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik bankdır. Ölkə üzrə bankın 89 filialı, 11 müstəqil şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti