...

"Bank of Azerbaijan" ASC yeni bank proqramını tətbiq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2011 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

"Bank of Azerbaijan" ASC yeni avtomatlaşdırılmış bank proqram təminatının tədbiq edilməsi üçün razılaşma imzalayıb. Trend-in məlumatına göər, bu barədə bankdan bildirilib.

Yeni proqram təminatının seçim prosesi 2011-cı ilin əvvəlindən başlanıb və dünyada tanınmış bir neçə brend arasında aparılıb. Məlumatların yüksək səviyyədə emalı və qorunmasının təmin edilməsi ilə bərabər, yeni proqram təminatı bizness proseslərin effektivliyini də artıracaq ki, bu da bankın müştərilərinin məmnun qalmasına xidmət edəcək.

"Bank of Azerbaijan" ASC inkişaf strateqiyası çərçivəsində bundan sonra da ən qabaqcıl İT texnologiyalarından istifadə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti