...

Bakı qəsəbələrinin sahibkarlarına 1,4 milyon manatlıq güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2011 13:36 (UTC +04:00)
Çərşənbə günü İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı qəsəbələrindən olan 23 sahibkara 1,4 milyon manatlıq güzəştli kredit verib.
Bakı qəsəbələrinin sahibkarlarına 1,4 milyon manatlıq güzəştli kredit verilib

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir N.İsmayılova/

Çərşənbə günü İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı qəsəbələrindən olan 23 sahibkara 1,4 milyon manatlıq güzəştli kredit verib. Trend-in məlumatına görə, bu barədə fondun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Bu vəsaitlərin hesabına reallaşdırılacaq layihələr 81 yeni iş yerinin yaradılmasına imkan yaradacaq. Tədbir Səbail rayonunun Badamdar qəsəbəsində Bakı qəsəbələrindən olan 100-ə yaxın sahibkarın iştirakı ilə keçirilib.

"Bu, Bakı qəsəbələrində keçirdiyinmiz altıncı tədbirdir. Sonuncu tədbirdə 1,4 milyon manat məbləğində kredit verilib ki, bunun bir milyon manatı Hövsan qəsəbəsində quşçuluq təsərrüfatının və Bilgəh qəsəbəsində 0,5 hektarlıq istixana kompleksinin yaradılmasına yönəldilib", - Abdullayev deyib.

Tədbir çərçivəsində sahibkarlara ət emalı və çörək istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri təqdim edilib.

2011-ci ildə SKMF 92,1 milyon manat məbləğində 1102 kredit verib. Bu vəsaitlər dəyəri 77,4 milyon manat olan 57 iri, 14,7 milyon manat məbləğində 1045 kiçik layihənin həyata keçirilməsinə yönəldilib.

"2011-2013-cü illərdə Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilib.

Avqustun 17-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti