...

Azərbaycan bankı "Parabank" Western Union təcili pul köçürməsi üzrə ikinci lotereya oyununun qaliblərini mükafatlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2011 13:42 (UTC +04:00)
Azərbaycan bankı "Parabank" Western Union təcili pul köçürməsi üzrə ikinci lotereya oyununun qaliblərini mükafatlandırıb
Azərbaycan bankı "Parabank" Western Union təcili pul köçürməsi üzrə ikinci lotereya oyununun qaliblərini mükafatlandırıb

Azərbaycan, Bakı, 14 sentyabr / Trend/

Azərbaycan bankı "Parabank" Western Union-la birgə Azərbaycanda "bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" adlı milli kampaniyası çərçivəsində ikinci lotereya oyununun qaliblərini mükafatlandırıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

"2-ci lotereya oyunu 27 İyul 2011-ci il tarixində Excelsior mehmanxanasında kecirilib. "Parabank"ın müştəriləri olan Bərdə filialından Azad Tağıyev, Rəşad Hüseynov və Beyləqan filialından Elxan İsmayılov Western Union vasitəsilə pul köçürməsi edib, lotereyada iştirak etdilər və kampaniyada qalib qəliblər", - məlumatda deyilir.

Qaliblərə 1000 manat məbləğində pul mükafatları və hədiyyə olaraq fotoçərcivə təntənəli surətdə təqdim olunub.

"Parabank"ın İnfofrmasiya Mərkəzinə 139 nömrəli telefonla müraciət etməklə əlavə məlumat əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti