...

2003-cü ildən Azərbaycanda 930 min yeni iş yeri açılıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 17:37 (UTC +04:00)
2003-cü ildən Azərbaycanda 930 min yeni iş yeri açılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov "Müstəqil Azərbaycanda sosial təminat" mövzusunda elmi-praktik konfransda deyib.
2003-cü ildən Azərbaycanda 930 min yeni iş yeri açılıb - nazir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir N.İsmayılova/

2003-cü ildən Azərbaycanda 930 min yeni iş yeri açılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov "Müstəqil Azərbaycanda sosial təminat" mövzusunda elmi-praktik konfransda deyib.

"20 il ərzində ölkədə yoxsulluğun səviyyəsi 67 faizdən 9 faizədək azalıb, işsizliyin səviyyəsi isə 17 faizdən 5,6 faizə düşüb", - Ələkbərov bildirib.

Onun sözlərinə görə, son 20 il ərzində ölkədə yeni iş yerlərinin açılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş əsaslı işlər görülüb.

"Ölkədə həyat səviyyəsinin yüksəlməsi fonunda qarşımızda iş yerlərinin keyfiyyətinin və əməkhaqqıların yüksəldilməsi kimi yeni məqsədlər durur", - nazir deyib.

Sentyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən konfrans Azərbaycanın dövləvt müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti