...

DəmirBank yeni korporativ üslubda daha bir filial açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2011 17:48 (UTC +04:00)
DəmirBank cümə axşamı fəaliyyətinin 22 ilinin tamam olması münasibətilə Xətai filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib.
DəmirBank yeni korporativ üslubda daha bir filial açıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

DəmirBank cümə axşamı fəaliyyətinin 22 ilinin tamam olması münasibətilə Xətai filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Sarayeva küç., 34a (Əhmədli metrostansiyasının və "Bakı" kinoteatrının yaxınlığında) ünvanında yerləşən Xətai filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, təcili pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

"DəmirBank-ın əsas prioritetlərindən biri də filial şəbəkəsinin inkişafıdır. Son 1 il ərzində Bankın 5 filialı yeni ünvanlara köçürülüb. Bankın filiallarında yeni korporativ interyer dizayn standartları tətbiq edilir. Müştərilər üçün daha rahat ofislərə filialların köçürülməsi, yeni üslubda tərtibat və təmir işləri müştəri xidmətinin daha da yaxşılaşmasına yönəlib", - İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.

Hazırda DəmirBank-ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti