Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
"Bank of Baku" qarşıdan gələn 9 oktyabr - Beynəlxalq Poçt Günü münasibətilə Azərbaycanın poçt işçilərini təbrik edir və yeni güzəştli kredit kampaniyasına start verir. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
Kampaniyanın şərtlərinə əsasən, bank poçt sahəsində çalışan bütün ərizəçilərə istehlak (avtomobil, VİP, əmanətə bağlı kreditlər, ipoteka kreditləri istisna olmaqla) və pul kreditlərinə illik 2 faiz endirim elan edir.
Əməkdaşın vəzifəsindən və kredit tarixçəsindən asılı olaraq kreditin maksimal məbləği 5000 manata qədərdir.
Misal üçün: güzəştli şərtlərlə kreditin məbləği 4000 manat, müddəti isə 24 ay olarsa, aylıq ödəniləcək məbləğ poçt sahəsində çalışan yeni müştərilər üçün 224 manat, müsbət tarixçəsi olan təkrar müştərilər üçün isə 216 manat təşkil edəcək.
Kampaniya 10 oktyabr - 15 noyabr tarixlərində keçirilir.
"Bank of Baku"nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com veb-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək və ya bankın Facebook sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.
Oktyabrın 7-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.