...

"Alpari" Azərbaycanda fəaliyyətini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir N.İsmayılova/

"Alpari" Azərbaycanda regional ofisini açır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə şirkətin baş direktoru Yevgeni Jidkov bildirib.

"Biz Azərbaycanda ikinci ofisimizi açmağı planlaşdırırıq, lakin ofis artıq Bakıda deyil, ölkə regionunda olacaq. İndi biz frayçayzinq variantlarını nəzərdən keçiririk, çünki başqa ölkələrdə bizim belə təcrübəmiz var. Burada hər şey müştərilərin sayından asılı olacaq", - Jidkov deyib.

Onun sözlərinə görə, ilin sonunadək şirkət, həmçinin Azərbaycan bankı "Nikoil Bank"la daha sıx əməkdaşlığa başlamaq fikrindədir ki, bu da müştərilərə xidmət ofislərinin sayını çoxaltmağa və müştərilərin etimadını artırmağa imkan verəcək.

"Biz, həmçinin, kredit kartları şəklində müasir məhsullar buraxmağa hazırlaşırıq və bu kartlarla hesabın doldurulması aşağı faizlə həyata keçiriləcək. Xüsusi aksiyaların keçirilməsi də nəzərdə tutulur", - o deyib.

Jidkovun sözlərinə görə, şirkət Azərbaycanın ali məktəblərində tələbə maraqlarının artırılması məqsədilə seminarların keçirilməsini planlaşdırır. Gələn ilin yanvarından "Alpari" ali treydinq məktəblərinin və beynəlxaq ekspertlərin iştirakı ilə treyderlər üçün konfrans keçirməyi planlaşdırır.

1998-ci ildən fəaliyyət göstərən "Alpari" şirkəti internet-treydinq xidmətləri təqdim edir. Şirkətin əsas fəaliyyət istiqaməti fiziki şəxslərin dünya maliyyə bazarlarına çıxışını təmin edən foreks treydinqin təqdimatıdır. Hazırda "Alpari" Rusiya, ABŞ, Böyük Britaniya, Yaponiya, Yeni Zelandiya, Türkiyə, İndoneziyada və başqa yurisdiksiyalarda çalışır. Brend beş qitədə təmsil olunur. Şirkətin aylıq dövriyyəsi 210 milyard dollara çatır.

2010-ci ildən "Alpari" dünyanın beş ən iri foreks-brokerləri beşliyinə daxildir, dörd birjanın üzvüdür, dünyanın 150 ölkəsində yarım milyon aktiv müştəri hesablarına malikdir. Şirkət Barclays Capital, UBS, Deutsche Bank, Dow Jones, Currenex, Tradency və dünyanın digər aparıcı maliyyə şirkətlərinin tərəfdaşıdır.

Xəbər lenti

Xəbər lenti