...

IFC Azərbaycan bankı Turan Banka riskin idarə edilməsinə tətbiqi yanaşmanın gücləndirilməsində kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2011 12:19 (UTC +04:00)
IFC Azərbaycan bankı Turan Banka riskin idarə edilməsinə tətbiqi yanaşmanın gücləndirilməsində kömək edəcək
IFC Azərbaycan bankı Turan Banka riskin idarə edilməsinə tətbiqi yanaşmanın gücləndirilməsində kömək edəcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir N.İsmayılova/

Dünya Bankı qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) riskin idarə edilməsinə tətbiqi yanaşmanın gücləndirilməsi təcrübəsini möhkəmləndirməyə, kiçik və orta biznes üçün yeni maliyyə məhsulları hazırlamağa imkan verəcək ki, bu da iqtisadi diversifikasiyanın dəstəklənməsinə və artımın stimullaşdırılmasına kömək edəcək. Trend-in məlumatına görə, bu barədə IFC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

IFC Turan Banka kredit siyasətinin və riskin idarə edilməsi sahəsində əməliyyatların təkmilləşdirilməsi, kiçik və orta müəssisələr üçün xüsusi strategiyanın hazırlanması və KOM müştəri seqmenti üçün yeni maliyyə məhsulları və xidmətlərinin təklif edilməsi sahəsində məsləhətlər verəcək.

"Kiçik və orta müəssisələrə xidmətlərin göstərilməsi Turan Bankın ümumi strategiyasının mühüm elementidir və, biz, riskin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində IFC ilə birgə iş fürsətini yüksək dəyərləndiririk", - bunu Turan Bankın İdarə Heyətinin sədr müavini Fəzayıl Musayev söyləyib. "Ümid edirik ki, bu fəaliyyət daha təkmil kreditləşdirmə və riskin idarə edilməsi praktikası və, yekun olaraq, nəticə etibarilə, daha təkmil xidmətlərin göstərilməsi ilə nəticələnəcək", - o deyib.

Turan Bank 2009-cu ildən IFC-in müştərisisdir. Korporasiya banka korporativ idarəetmə təcrübəsinin yaxşılaşdırılması sahəsində kömək edib, 2011-ci ilin iyununda isə Azərbaycanda KOM kreditləşdirməsinin genişləndirilməsi üzrə yedi milyon dollar məbləğində kredit xətti açıb.

Azərbaycan IFC-a 1995-ci ildə qoşulub. 30 sentyabr 2011-ci il tarixinə, IFC Azərbaycan qarşısında portfel öhdəlikləri 139 milyon ABŞ dolları təşkil etmişdir. IFC, ölkənin iqtisadi bazasının diversifikasiyasını və qeyri-neft iqtisadiyyatının davamlı artımını dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti