Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Hava Yolları" QSC Bakı-Lənkəran-Bakı və Bakı-Zaqatala-Bakı marşrutları üzrə iki daxili aviyareysi bağlayıb. Bu barədə çərşənbə günü Trend-ə QSC-dən məlumat veriblər.
Məlumata əsasən, bağlanan reyslər martın 24-dən etibarən bərpa ediləcək.
"Reyslərin müvəqqəti bağlanması bu istiqamətlərdə sərnişinlərin sayının az olması ilə bağlıdır", - QSC-dən bildiriblər.
Şirkətdən deyiblər ki, bu istiqamətlər üzrə uçuşların qiyməti bir tərəfə 35 manat təşkil edir.