Azərbaycan, Bakı, 23 dekabr /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında Suğra Abdinovaya məxsus mağazada aparılan yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunub.
Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, mağazada aşkar edilmiş 19 minə yaxın ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Suğra Abdinovaya icrası məcburi göstəriş verilib.
Dövlət Xidməti istehlakçılara audiovizual məhsullar alarkən onların üzərində istehsalçı barədə müvafiq məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.