...

2012-ci ildə Azərbaycanda ipoteka kreditləşməsinin kommersiyalaşdırılmasının dərinləşdirilməsi davam etdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2011 14:34 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2012-ci ildə ölkədə yeni proqram əsasında ipoteka kreditləşməsinin inkişafı ürə tədbirlərin reallaşdırılmasını davam etdirəcək.
2012-ci ildə Azərbaycanda ipoteka kreditləşməsinin kommersiyalaşdırılmasının dərinləşdirilməsi davam etdiriləcək

Azərbaycan, Bakı, 30 dekabr / Trend müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2012-ci ildə ölkədə yeni proqram əsasında ipoteka kreditləşməsinin inkişafı ürə tədbirlərin reallaşdırılmasını davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü AMB-nin açıqladığı 2012-ci il üçün pul-maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində deyilir.

"Sosial ipotekanın inkişafı və onun miqyasının genişlənməsi iqtisadi artım siyasətinin reallaşdırılması, məşğulluq və gənclər siyasətinin səmərəli həyata keçirilməsi fonunda öz aktuallığını yenə qoruyub saxlayacaq. İpoteka kreditləşməsinin kommersiyalaşdırılmasının dərinləşdirilməsi və bunun əsasında ipoteka kreditləşdirilməsinə çıxışın genişləndirilməsi davam etdiriləcək", - Mərkəzi Bankın bəyanatında deyilir.

Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2011-ci ildə cəmi 500 nəfərə 16 mln. manat məbləğində sosial ipoteka verilib, eləcə də bazar resurslаrının ipoteka kreditləşdirilməsinə cəlb edilməsi davam etdirilib.

2011-ci ilin ötən dövründə İpoteka Fondu vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən sosial ipoteka istisna olmaqla, 2000 nəfərə 77 mln. manat məbləğində ipoteka krediti verilib.

Beləliklə, hazırda ipoteka kreditlərindən (cəmi 342 mln. manat) faydalanan ailələrin sayı 8750-ə çatıb. İpoteka kreditləri üzrə portfel sağlam olmuş və kreditlər üzrə ödənişlərdə gecikmələr müşahidə edilməyib", - bəyanatda deyilir.

Dekabrın 30-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti