...

Polşa qiymətli kağızlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsində Azərbaycana kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2012 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend /

Avropa İttifaqı (Aİ) tərəfindən "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və institusional inkişaf" Tvinninq layihəsinin həyata keçirilməsinə dair Polşanın Maliyyə Nəzarəti Agentliyinin təklifləri təsdiqlənib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Layihənin məqsədi Azərbaycanın qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin nəzarət və tənzimləmə çərçivəsinin Aİ-nin qabaqcıl standartlarına uyğunlaşdırılması və qiymətli kağızlar bazarı iştirakçılarının məlumatlılığının artırılmasına dəstəyin göstərilməsidir", - məlumatda deyilir.

Növbəti mərhələdə Polşanın Maliyyə Nəzarəti Agentliyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında müqavilə imzalanacaq və layihənin həyata keçirilməsinə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti