...

"DəmirBank" kiçik sahibkarlığın kreditləşməsi sahəsində yeni müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2012 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "DəmirBank" "ResponsAbility Global Microfinance Fund" mikromaliyyə təşkilatının vasitəçiliyi ilə "Microfinance Enhancement Facility" ilə yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma əldə edib.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, imzalanan müqaviləyə əsasən, "Microfinance Enhancement Facility" tərəfindən 3 il müddətinə "DəmirBank" üçün 8 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. "DəmirBank" bu məbləği kiçik sahibkarlığın kreditləşməsinə yönəldəcək.

"Kiçik sahibkarlığın kreditləşməsinə böyük önəm verən "DəmirBank" "ResponsAbility Global Microfinance Fund" mikromaliyyə təşkilatının vasitəçiliyi ilə artıq 8-ci müqaviləni imzalayır. Bununla da 2007-ci ildən "ResponsAbility Global Microfinance Fund" mikromaliyyə təşkilatı ilə əməkdaşlığın nəticəsində bu günə qədər 30,5 milyon ABŞ dolları məbləğində müqavilələr imzalanıb", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Niderland İnkişaf Maliyyə Şirkəti (FMO), Qara dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti