...

Azərbaycanda istehsal olunan qida məhsulu ilk dəfə Küveyt bazarına çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 17:25 (UTC +04:00)
"Küveyt-Azəri" Ticarət Müəssisəsi Azərbaycanda istehsal olunan qida məhsulunu ilk dəfə Küveyt bazarına çıxarıb.
Azərbaycanda istehsal olunan qida məhsulu ilk dəfə Küveyt bazarına çıxarılıb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Mehdiyev/

"Küveyt-Azəri" Ticarət Müəssisəsi Azərbaycanda istehsal olunan qida məhsulunu ilk dəfə Küveyt bazarına çıxarıb.

Azərbaycanın Küveytdəki səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu, Azərbaycanın "Gilan Holdinq" şirkətinin "Jalə" meyvə şirələridir. Bu məhsul Küveytin aparıcı ərzaq dükanları şəbəkəsinə təqdim olunub və istehlakçılar tərəfindən rəğbətlə qarşılanıb.

"Küveyt-Azəri" Ticarət Müəssisəsi 2011-ci ilin mart ayında Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə təsis olunub.

Qurumun rəhbəri Küveytin nüfuzlu iş adamı Raid Əbdül Xıdır Hüseyn Rəcəb, idarə heyətinin fəxri üzvü Şeyx Talal əl-Əli əl-Abdullah əl-Cabir əs-Sabahdır.

Müəssisənin təsis olunması ilə Küveyt və Azərbaycanın malik olduqları iqtisadi imkanların qarşılıqlı tanıdılması üçün tələb olunan güclü təbliğatın aparılmasına, habelə, Azərbaycanda istehsal olunan qida məhsulları və istehlak mallarının daxili bazara gətirilməsinə şərait yaranıb.

Bununla yanaşı, "Küveyt-Azəri" Ticarət Müəssisəsinin rəsmi internet səhifəsi yaradılıb (www.kuwaitazeri.com). İnternet səhifəsində Azərbaycan Respublikasının təbliğatı məqsədilə müvafiq materiallar və linklər öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti