...

Azərbaycan Vergilər Nazirliyi gəlir vergisi dərəcələrinə yenidən baxılmasını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 17:20 (UTC +04:00)
Azərbaycanda gəlir vergisi dərəcələrinə yenidən baxıla bilər. Belə ki, bu, aparılan hesablamalara görə, dövlət büdcəsi gəlirlərinə xüsusi təsir göstərmir.
Azərbaycan Vergilər Nazirliyi gəlir vergisi dərəcələrinə yenidən baxılmasını dəstəkləyir

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda gəlir vergisi dərəcələrinə yenidən baxıla bilər. Belə ki, bu, aparılan hesablamalara görə, dövlət büdcəsi gəlirlərinə xüsusi təsir göstərmir. Trend-in məlumatına görə, bu barədə ölkənin vergilər naziri Fazil Məmmədov cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" forumunda çıxışı zamanı bildirib.

Bu gün ölkədə gəlir vergisi dərəcəsi 2 min manat aylıq gəlir üzrə 14 faiz təşkil edir, vergi dərəcəsinin yüksək həddi isə 30 faizə çatır.

"Biz gəlir vergisi dərəcələrinə yenidən baxa bilərik, çünki bu, büdcə gəlirlərinə xüsusi təsir göstərmir, lakin bu zaman sosial ədalət prinsipinə əməl etmək lazımdır", - nazir deyib.

Məmmədovun sözlərinə görə, 2 min manat səviyyəsində orta aylıq gəlir sabit göstəricidir, ona görə də 14 faizlik dərəcə əlverişli səviyyə hesab edilir.

Ümumilikdə, gəlir vergisi dərəcəsi sosial bərabərliyin təmin olunması üçün bir-iki pillə aşağı və ya yuxarıdır. Gəlir vergisinin 30 faizlik yuxarı həddinə gəldikdə, bu məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə danışıqlar aparılacaq.

Bu yaxınlarda yeni Vergi Məcəlləsinin layihəsinin dövlət strukturları, eləcə də Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin, parlamentin, ictimai təşkilatların nümayəndələri ilə müzakirələri keçirilib.

"Biz hesab edirik ki, Vergi Məcəlləsinin yeni redaksiyası bütün tərəfləri qane edəcək sənəd olacaq", - Məmmədov deyib.

Bu gün Azərbaycanda fiziki şəxslərin aylıq gəlirlərindən 14 faizlik dərəcə ilə vergi tutulur, əgər aylıq vergi gəlirinin məbləği 2000 manatı ötmürsə, o zaman 280 manat, üstəgəl 2000 manatdan yuxarı olan məbləğdən 30 faiz ödənilir.

2010-cu il yanvarın 1-dən muzdlu işçilər üçün vergi gəlirinin maksimum məbləği 35 faizdən 30 faizədək, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün isə 35 faizdən 20 faizədək azaldılıb.

Fevralın 9-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti