...

Bakıda Türkiyənin sağlıq turizminin təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2012 13:06 (UTC +04:00)
Fevralın 29-da Bakıda Qafqaz Point Hotelində Turkiyə Sağlıq Turizminin İnkişafı Konseyi və Millennium Tourism & Congress DMC şirkətlərinin birgə təşkil etdiyi tədbir keçirilib.
Bakıda Türkiyənin sağlıq turizminin təqdimatı keçirilib

Azərbaycan,Bakı, 2 mart / Trend/

Fevralın 29-da Bakıda Qafqaz Point Hotelində Turkiyə Sağlıq Turizminin İnkişafı Konseyi və Millennium Tourism & Congress DMC şirkətlərinin birgə təşkil etdiyi tədbir keçirilib.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Mədəniyyət və Turizm müşaviri, Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafi sektorunun müdiri Mahir Qəhramanov, 100-dən artıq dövlət və özəl xəstəxanaların həkimləri, KİV nümayəndələri iştirak edirdilər.

Tədbir zamanı Azərbaycanın və Türkiyənin sağlıq turizmi potensialı haqqında geniş təqdimat və məlumatlar verildi.
Məlumat üçün bildirmək istəyirik ki, Türkiyə Sağlıq Turizminin İnkişafı Konseyi Türkiyənin A+ xəstəxanalarının nümayəndəsi, Hilton, Sheraton, SwissHotels və s. dünyaca məşhur hotellərin Türkiyədə nümayəndəsidir.

Afyon Universitetinin rektorunun verdiyi məlumatlarda isə sağlıq turizminin potensialı haqqında bilgilər verildi. 2010-cu ildə 400 milyard dollar, 2015-ci ildə isə 500 milyard dollar gəlir gətirəcək. Bu da o deməkdir ki, sağlıq turizmi xeyli gəlir gətirəcək turizm sahələrindən biridir.

Xəbər lenti

Xəbər lenti