...

ARDNŞ-nin yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksi forumunun iştirakçı siyahısı genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2012 15:26 (UTC +04:00)
Bu ilin 10-12 aprel tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə Bakıda "Hilton" hotelində yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQNK) yaradılması layihəsinin təqdimatına və müzakirəsinə həsr olunmuş forum keçiriləcək.
ARDNŞ-nin yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksi forumunun iştirakçı siyahısı genişlənib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Bu ilin 10-12 aprel tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə Bakıda "Hilton" hotelində yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQNK) yaradılması layihəsinin təqdimatına və müzakirəsinə həsr olunmuş forum keçiriləcək. NQNK Forumunun təşkilatçıları qismində "Iteca Caspian" və "INBC Consulting" şirkətləri çıxış edirlər. Tədbirə informasiya dəstəyi isə Trend İnformasiya Agentliyi, habelə "Day.az" və "Milli.az" informasiya portalları tərəfindən təmin olunacaq.

Forumun məqsədi bir çox şirkətlərə, o cümlədən potensial lisenziarlara, mühəndis-layihələndirmə, təchizat, tikinti və digər podratçı şirkətlərə, texnoloji proseslər üzrə məsləhətçilərə, neftin emalı və neft emalı və neft-kimya məhsullarının istehsalı qurğularının dünya üzrə məşhur istehsalçılarına, habelə maliyyə strukturları, hüquq ekspertləri və ekoloji məsələlər üzrə məsləhətçilərə, neft emalı və neft-kimya məhsullarının alıcılarına, loqistika (maddi-texniki təchizat), servis və digər şirkətlərə sözügedən layihə haqqında məlumat verməkdir.

Layihə ilə tanış olmaq imkanı ilə yanaşı, həmin Forum dünyanın qabaqcıl şirkətlərinə (rəhbərlik və digər yüksək rütbəli nümayəndələr səviyyəsində) neft-qaz emalı və neft-kimya sahəsindəki təcrübələrini, texnologiyaları və digər resursları və innovasiya xarakterli həll variantlarını təqdim etmək üçün unikal imkan yaradır. Forumun sonuncu günü isə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Açılışı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tərəfindən planlaşdırılan bu Forumda müvafiq dövlət strukturlarının yüksəkvəzifəli məmurları, ARDNŞ-nin vitse-prezidentləri, habelə neft-qaz və neft-kimya sektorları üzrə elm xadimlərinin iştirakı və çıxışları gözlənilir.

Forum zamanı aşağıdakı şəxslərin məruzə ilə çıxışı nəzərdə tutulub:

- Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov;
- "BP Azerbaijan"ın prezidenti Rəşid Cavanşir;
- ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov;
- ARDNŞ-nin emal üzrə vitse-prezidenti Davud Məmmədov;
- ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov;
- "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev;
- ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəhbəri F. İsmayılov;
- "SOCAR Energy Turkey"in icraçı direktoru Kənan Yavuz;
- "Foster Wheeler Italiana"ın icraçı direktoru Marko Moresko;
- UOP şirkətinin prezidenti və icraçı direktoru Raciv Qautam;
- "Technip Italy" şirkətinin icraçı direktoru Marko Villa;
- "Axens" şirkətinin kommersiya məsələləri üzrə direktoru Jan-Klod Plemel;
- "Shell Global Solutions" şirkətinin lisenziyalaşdırma üzrə vitse-prezidenti Süleyman Özmen;
- "Air Products" şirkətinin marketinq üzrə meneceri Filip Morris;
- "Air Liquide" şirkətinin geniş sahələrin biznes inkişafı üzrə direktoru Cerom Kristin;
- "ThyssenKrupp Uhde GmbH" şirkətinin Şərqi Avropa, Rusiya və Mərkəzi Asiyada biznesin inkişafı üzrə vitse-prezidenti Beate Bekker;
- FLUOR şirkətinin enerji və kimya sahələrində biznesin inkişafı üzrə böyük direktoru Alan Evans;
- "STAR Rafineri A.S."-in baş meneceri Robert Stori;
- "Petkim" şirkətinin baş meneceri Həyati Öztürk;
- ARDNŞ-nin baş məsləhətçisi, UOP şirkətinin sabiq icraçı direktoru və prezidenti Karlos Kabrera;
- "Stamicarbon" şirkətinin lisenziyalaşdırmanın idarə edilməsi üzrə vitse-prezidenti Stefan Zvart;
- SGS şirkətinin ekoloji məsələlər üzrə vitse-prezidenti Nikolya Kundt;
- "Baker & McKenzie" şirkətinin tərəfdaşı Kelvin Volker;
- "Societe Generale"nın icraçı direktoru, Enerji layihələri departamentinin direktor müavini Olivye Müss;
- "Ernst & Young" şirkətinin tərəfdaşı, MDB ölkələri üzrə infrastrukturun və layihələrin maliyyələşdirilməsi şöbəsinin rəhbəri Aleksandr Yerofeyev;
- "UniCredit Bank"ın baş meneceri Stefan Qudson;
- IHS məsləhət xidmətinin direktoru Con Peyc;
- OMNI hüquqi şirkətinin idarəedici tərəfdaşı Ceyhun Bayramov;
- AZENCO şirkətinin idarə heyətinin sədr müavini Zaur Məmmədov və digərləri.

Forumda sponsor, məruzəçi və nümayəndə qismində, sərgi stendi təşkil etməklə, həmçinin Forumun kataloqunda reklam yerləşdirməklə iştirak etmək mümkündür.

Beləliklə, bu Forum NQNK layihəsi ilə bağlı etibarlı və ətraflı məlumat əldə etmək baxımından əla imkan olmaqla yanaşı, bazarın əsas iştirakçılarının təcrübəsi ilə də tanış olmağa şərait yaradacaq.

Forum artıq indidən bütün dünyada böyük maraq doğurur. Bununla yanaşı, iştirakçıların siyahısı daim artır. Hazırda 80 şirkət iştirakını təsdiq edib, onlar arasında aşağıdakı şirkətlər var:

Air Liquide, Air Products, Allen & Overy, Amec, Andrade Gutierrez, Alvigo, Axens, Azenco, Azerboru, Azeri M-İ Drilling, Azfen Tekfen Alliance, Baker & McKenzie, Baker Botts, Bamag, Bechtel, Bentley Systems, Cetco, CCIC, Daelim, Daewoo corporation, Deloitte & Touche, Dewey & LeBoeuf, Dow Chemical, DuPont, Ekol Engineering, Ernst & Young, Fluor, Foster Wheeler, Golder Associates, GS E&C, Hoerbiger, Hyundai E & C, IHS, Intra Tool, Itochu Corporation, JGC Corporation, John Crane, KBR, Lanxess, Linde, Lummus Technology, MARSH, Marubeni Corporation, Mayekawa, Mitsubishi Corporation, Modcon Systems, Nexans, Nobel Oil, OMNI, Oppenheim & Co., Petkim Petrokimya, RBG, RMA Kehl, SABIC, Saipem, Samsung Engineering, SGS, Shaw Energy & Chemicals, Shell Global Solutions, SK E&C, SNC-Lavalin, SOCAR Turkey, Societe Generale, Stamicarbon, Technip, Tecnicas Reunidas, Tecnimont, Tekfen, ThyssenKrupp Uhde, TOYO Engineering Corporation, UniCredit Bank, Unis, Univation, UOP, Wartsila, Yamata Yatirim, Yokogawa Electric və başqaları.

Tədbirə birbaşa dəstəyi Forumun baş sponsoru olan ARDNŞ göstərir. Tədbirin sponsorları arasında Foster Wheeler, UOP, Technip, Baker & McKenzie, Andrade Gutierrez, Axens, Nobel Oil, OMNI Law Firm, Technicas Reunidas, Air Products, SOCAR Energy Georgia, Stamicarbon, Azenco, Air Liquide, Petkim, IntraTool və başqaları var.

NQNK layihəsi çərçivəsində illik istehsal gücü müvafiq olaraq 10 milyon ton və 10 milyard kubmetr təşkil edən neft emalı və qaz emalı zavodlarının tikintisi planlaşdırılır. Layihəyə, həmçinin hər il təxminən 2 milyon ton baza polimerlərin istehsalını nəzərdə tutan neft-kimya zavodunun inşası daxildir. Yeni kompleksin məqsədləri üçün avtonom enerji blokuna malik olan ümumzavod təsərrüfatının tikintisi planlaşdırılır. Bütövlükdə isə kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu daxil olacaq.

Bakı şəhərindən 60 kilometr aralıda yerləşəcək kompleksin bütövlükdə 2020-ci ildə istismara verilməsi planlaşdırılır.

Texniki iqtisadi əsaslandırmaya əsasən, layihənin ümumi dəyəri təxminən 15 milyard ABŞ dolları civarında qiymətləndirilir və ilkin hesablamalara əsasən, layihə kommersiya baxımından cəlbedici sayılır.

Qoyulan vəsaitlərin özünü ödəmə müddəti isə təxminən 7-8 il təşkil edəcək.

www.conference.az

email: [email protected]

Xəbər lenti

Xəbər lenti