...

Azərbaycan bankı "DəmirBank" kiçik və orta sahibkarlığın kreditləşməsi sahəsində yeni müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2012 14:10 (UTC +04:00)
"DəmirBank" "OPEC Fund for International Development" (OFID) ilə yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma əldə edib.
Azərbaycan bankı "DəmirBank" kiçik və orta sahibkarlığın kreditləşməsi sahəsində yeni müqavilə imzalayıb

Azərbaycan, Bakı, 10 aprel / Trend /

"DəmirBank" "OPEC Fund for International Development" (OFID) ilə yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma əldə edib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İmzalanan müqaviləyə əsasən, OFİD tərəfindən 5 il müddətinə "DəmirBank" üçün 5 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. "DəmirBank" bu məbləği kiçik və orta sahibkarlığın kreditləşməsinə yönəldəcək.

"DəmirBank" "OPEC Fund for International Development" ilə 2008-ci ildən əməkdaşlıq edir. Sayca ikinci olan bu razılaşma da daxil olmaqla, ümumilikdə 10 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Kiçik sahibkarlığın kreditləşməsinə böyük önəm verən DəmirBank, yaxın gələcəkdə daha bir neçə kredit müqaviləsi imzalamağı nəzərdə tutur", - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti