...

Azərbaycanda I rübdə 4 mindən artıq gömrük hüquqpozmaları qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2012 13:45 (UTC +04:00)
I rübdə Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cinayət xarakterli 62 fakt aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə DGK-nın şənbə günü dərc etdiyi məlumatda deyilir.
Azərbaycanda I rübdə 4 mindən artıq gömrük hüquqpozmaları qeydə alınıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir A.Axundov/

I rübdə Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cinayət xarakterli 62 fakt aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə DGK-nın şənbə günü dərc etdiyi məlumatda deyilir.

Məlumata görə, qaçaqmalçılıqla bağlı 50 fakt aşkarlanıb ki, bunlardan 22-si narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Hesabat dövründə 2,69 kiloqram narkotik vasitə, 6,16 kiloqram psixotrop maddə aşkar edilib. Eləcə də gömrük ödənişlərinin ödənilməsindən yayınma üzrə iki fakt qeydə alınıb.

Yanvar-mart aylarında bu faktlar üzrə təqsirləndirilən 75 nəfər saxlanılıb.

Hesabat dövründə 4053 inzibati xəta faktı aşkar edilib ki, bundan 38 fakt gizli keçirmə, 106 fakt əşyaların, malların və ya pul vəsaitlərinin bəyan edilməməsi üzrədir.

Xəbər lenti

Xəbər lenti