...

Azərbaycanda 80 kilometr dəmir yolu əsaslı təmir olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 17:37 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, bu gün Mingəçevir-Yevlax mənzilində daha 5 km yolun əsaslı təmiri başa çatıb.
Azərbaycanda 80 kilometr dəmir yolu əsaslı təmir olunub

Azərbaycan, Bakı, 17 aprel /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, bu gün Mingəçevir-Yevlax mənzilində daha 5 km yolun əsaslı təmiri başa çatıb. QSC-nin sədr müavini Qurban Nəzirov bildirib ki, bununla da indiyə kimi Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunan kilometrlərin sayı 80-ə çatıb. Aprel ayı ərzində Mingəçevir-Yevlax mənzillərində daha 5 km yol əsaslı təmir ediləcək.

Təmir işləri İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı əsasında aparılır. Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Qeyd edək ki, əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib.

Xəbər lenti

Xəbər lenti