...

I rübdə Azərbaycanda 32 min daşınmaz əmlak obyektinə mülkiyyət hüququ verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 20:26 (UTC +04:00)
2012-ci ilin birinci rübündə Azərbaycanda 32 500 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.
I rübdə Azərbaycanda 32 min daşınmaz əmlak obyektinə mülkiyyət hüququ verilib

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin birinci rübündə Azərbaycanda 32 500 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

"Hesabat dövründə 7 minə yaxın ipoteka müqaviləsi və yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb", - məlumatda deyilir.

2012-ci ilin ilk üç ayında 31 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və ya torpaq sahəsinin plan və ölçüsü tərtib edilib.

Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 22 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 6 mindən çox digər müxtəlif məzmunlu arayış verilib.

Xəbər lenti

Xəbər lenti