Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.Xəlilova/
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi reytinq qiymətləndirilməsi yaxın vaxtlarda dərc ediləcək bir sıra yeni korporativ emitentlərlə iş aparır. Bu barədə çərşənbə axşamı Trend-ə "Fitch"in Rusiya, MDB və Qara dəniz regionu üzrə rəhbəri Dmitri Surkov bildirib.
"Fitch Ratings" ötən həftə "Azərenerji" ASC-yə "BBB-" müstəqil reytinq səviyyəsində birinci reytinqi verib.
"Azərbaycanın perspektivli bazarı var və son bir neçə ildə dərc edilən Azərbaycan emitentləri reytinqlərinin portfeli fəal artıb" , - Surkov deyib.
Hazırda "Fitch"in əsas müştəriləri bank təşkilatlarıdır. Surkov bu faktı iqtisadiyyatın digər sektorlarında fəaliyyət göstərən şirkətlərdə heç də həmişə olmayan yüksək keyfiyyətli korporativ idareətmə ilə izah edir.
"Həmçinin, bəzi şirkətlərin nisbətən kiçik həcmi reytinq qiymətləndirilməsinin keçirilməsinin qarşısını alan faktor ola bilər", - agentliyin nümayəndəsi deyib.
"Fitch" hələlik ölkədə 10 təşkilat-7 kommersiya bankı (ABB, "AGBank", "Dəmirbank", "Kapital Bank", "Texnikabank", "AccessBank" və "Unibank"), ARDNŞ, "Azərnerji" ASC və Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu ilə işləyir.