...

Avrasiya regionunda əməkçi miqrantların sosial müdafiəsi məsələləri müzakirə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2012 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

2011-ci ilin iyun ayında Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) əməkçi miqrantların sosial müdafiəsinə həsr olunmuş texniki seminarı keçirilib.

Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən məlumata görə, bu seminarın yekunu olaraq əməkçi miqrantların sosial müdafiəsinin təşkili üzrə Çərçivə Sazişinin layihəsinin hazırlanması məqsədi ilə BSTA-nın İşçi Qrupu yaradılıb.

Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində əməkçi miqrantların sosial müdafiəsinin təşkili üzrə Çərçivə Sazişinin layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun ( DSMF) sədr müavini Zakir Babayev və BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Potensialının gücləndirilməsi layihəsinin direktoru, BSTA-nın Avrasiya regionu üzrə əlaqələndirmə mərkəzinin rəhbəri Oqtay İbrahimov iştirak ediblər.

İclasda Babayev Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan miqrantların uçotu məlumatlarının uzlaşdırılması, onların məcburi dövlət sosial sığortasına cəlb edilməsi ilə bağlı olaraq Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə qarşılıqlı əməkdaşlığının qurulması və müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

BSTA-nın səlahiyyətli nümayəndələrinin, habelə MDB-yə daxil olan bir neçə ölkənin sosial sığorta və pensiya qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda İşçi Qrupunun hazırladığı "Avrasiyada əməkçi miqrantların sosial təminatla əhatə olunmasının möhkəmləndirilməsi prinsipləri (fəaliyyət üçün rəhbərlik) barədə" Çərçivə Sənədi qəbul edilib. Sənəddə əməkçi miqrantların sosial müdafiəsinin təşkili, yəni həm milli qanunvericiliyin dəyişdirilməsi, həm də ikitərəfli (və ya çoxtərəfli) sazişlərin bağlanması zamanı dünyada qəbul olunmuş prinsiplərə əməl etmək tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti