...

"AccessBank"ın aktivləri 2011-ci ildə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2012 20:00 (UTC +04:00)
2011-ci il dekabrın 31-nə Azərbaycan bankı "AccessBank"ın aktivləri 383 milyon manatı ötüb ki, bu da 2010-cu ilin göstəricisindən 4,8 faiz çoxdur.
"AccessBank"ın aktivləri 2011-ci ildə artıb

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Axundov/

2011-ci il dekabrın 31-nə Azərbaycan bankı "AccessBank"ın aktivləri 383 milyon manatı ötüb ki, bu da 2010-cu ilin göstəricisindən 4,8 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın yaydığı məlumatda deyilir.

"AccessBank" cümə axşamı saytında (www.accessbank.az) beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) müvafiq qaydada hazırlanan və "PricewaterhouseCoopers" müstəqil auditor şirkəti tərəfindən təsdiqlənən 2011-ci il üzrə konsolidasiya olunmuş maliyyə hesabatını dərc edib.

Bankın kredit portfeli 11 faiz artaraq, demək olar ki, 300 milyon manatlıq həddə çatıb. Ötən ilin nəticələrinə görə, vergilər ödənildikdən sonra xalis mənfəət 17,268 milyon manat təşkil edib.

31 dekabr 2011-ci il tarixinə olan vəziyyətə görə, bankın kapitalı 90,296 milyon manat, kapitalın kafilik əmsalının göstəricisi isə 27,71 faiz təşkil edib. Bu zaman şəxsi kapitalın səmərəliliyi 19 faizə bərabərdir.

"AccessBank" şəffaflıq prinsiplərinə tam riayət edir və biz öz illik auditor hesabatımızı şəbəkə saytımızda yerləşdiririk. Burada hər bir kəs bizim maliyyə nəticələrimiz, xərclərimiz, mənfəətlərimiz və s. haqqında ətraflı məlumat əldə edə bilər", - "AccessBank"ın baş meneceri Andrev Pospilovski auditor hesabatını şərh edərkən deyib.

Xəbər lenti

Xəbər lenti