...

"NBC Bank" Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yeni məhsul təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2012 16:03 (UTC +04:00)
Azərbaycan bankı "NBC Bank" iyunun 1-dən bazara yeni və daha sərfəli əmanət məhsulu - Uşaq Əmanəti təqdim edib.
"NBC Bank" Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yeni məhsul təqdim edib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycan bankı "NBC Bank" iyunun 1-dən bazara yeni və daha sərfəli əmanət məhsulu - Uşaq Əmanəti təqdim edib.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, "Əmanətli gələcək" şuarı altında bazara çıxarılan bu məhsul övladlarının gələcəyini düşünənlərlərə yönəlib və əmanəti 18 ilə qədər müddətə yerləşdirmək imkanı yaradır.

Əmanətin üstünlükləri aşağıdakılardır:

- Əmanətin illik faiz dərəcəsi AZN hesabında 12%, USD-də 10%, AVRO-da isə 8% təşkil edir;
- Əmanət hər üç valyutada, minimal məbləği 100 olmaqla yerləşdirilə bilər;
- Əmanətin məbləğində yuxarı hədd nəzərdə tutulmur;
- Müştəriyə ay ərzində əmanətin ilkin məbləğinin 100%-i həcmində əlavə vəsait yerləşdirmək imkanı verilir;
- Əmanətçinin 5, 10 və 15 yaşı tamam olan gün əmanət çıxarılarkən tam faiz ödənilir;
- Pulsuz plastik kart almaq imkanı;
- İldə bir dəfə kapitallaşma imkanı;
- 5000 AZN/USD/EUR-dan yuxarı əmanət yerləşdirən müştərilərə əmanətin 90% həcmində kredit xəttinin açılması və digər sərfəli şərtlər!

Bank övladlarının əmanətli gələcəyini düşünən bütün müştəriləri Bakıda fəaliyyət göstərən 6 və regionlarda fəaliyyət göstərən 4 filialına dəvət edir.

Xəbər lenti

Xəbər lenti