...

"Bank of Baku" ustalara güzəştli pul kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2012 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

"Bank of Baku" iş yerindən arayış təqdim edə bilməyən peşə sahibləri üçün yeni endirimli kampaniyaya start verir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir.

6 avqust 2012-ci il tarixindən etibarən "Bank of Baku" bütün növ ustalara arayışsız və endirimli faizlə pul krediti ayırmağa başlayır. Ayrılacaq kreditin illik faiz dərəcəsində 2 faizlik endirim edilir. Kredit almaq niyyətində olan müştəridən hər-hansı arayış tələb edilmir. Yalnız şəxsiyyət vəsiqəsinin təqdim edilməsi yetərlidir.

Beləliklə bundan belə ev təmiri, avtomobil, saç, mebel, telefon, saat, elektrotexnika və digər növ ustalar bu kampaniya çərçivəsində endirimli pul krediti üçün "Bank of Baku"ya müraciət edə bilər. Kreditin maksimal məbləği 10 000 dolları təşkil edir. 1500 dollaradək kredit məbləği zaminsiz verilir. Müştəriyə 1500 ilə 5000 dollar arası məbləğ ayrıldığı zaman isə müvafiq hallarda zamin tələb edilə bilər. Lakin bu halda da müştəridən arayış tələb edilmir. Zamin qismində ödəmə qabiliyyəti olan istənilən şəxsin çıxış etməsi mümkündür. Kreditin müddəti isə 24 aya kimidir.

Kampaniya 15 sentyabra qədər qüvvədədir.

Kampaniyanın təfsilatları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər "Bank of Baku"nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya , həmçinin 8145 nömrəsinə iş yerinin adını SMS ilə yollaya bilər. Mesaj göndərmiş şəxslərlə əlaqə saxlanılacaq. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək mümkündür.

Xəbər lenti

Xəbər lenti