...

"Bank of Azerbaijan" nizamnamə kapitalını 1,5 dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2012 19:50 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank of Azerbaijan"ın ümumi dəyəri 16,5 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Bank of Azerbaijan" nizamnamə kapitalını 1,5 dəfə artırır

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank of Azerbaijan"ın ümumi dəyəri 16,5 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 20 manat olan 825 səhm buraxılıb.

Səhmlərin emissiyasının yerləşdirilməsi nəticəsində bankın kapitalı 33,5 milyon manatdan 50 milyon manatadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti