...

“Universal Makina” MMC şirkətinin nümayəndə heyəti Bosch Group-un qərargahına rəsmi səfər edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 11:58 (UTC +04:00)
“Universal Makina” MMC şirkətinin nümayəndə heyəti Bosch Group-un qərargahına rəsmi səfər edib
“Universal Makina” MMC şirkətinin nümayəndə heyəti Bosch Group-un qərargahına rəsmi səfər  edib (FOTO)

17-20 sentyabr 2012-ci il tarixində "Universal Makina" MMC şirkətinin nümayəndə heyəti Bosch Group-un Almaniyanın Stuttgart şəhərində yerləşən qərargahına rəsmi səfər etmişlər.

Qeyd edək ki, 23 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə Universal Makina MMC-nin əməkdaşları ilə bərabər tərəfdaş olduğu Akkord, Gilan Construction, Silkway Construction, Azenco, Azersu, Azeriqaz, Hidrogroup, ARDNŞ "TəmirTikinti" Tresti, CNİM və Max LTD şirkətlərinin əməkdaşları da daxil olub. Səfərin əsas məqsədi Bosch markasının elektrik əl alətləri istehsal olunan zavodu ilə yaxından tanış olmaq, həmçinin iştirakçılara alətlər haqqında praktiki məlumatlar verməkdən ibarətdir. Peşəkar təlimlərdə iştirak etməklə yanaşı onlar Stuttgart şəhərinin görməli yerlərinə ziyarət etmək imkanı qazanmışlar.

Nəzərinizə çatdıraq ki, "Universal Makina" MMC artıq 6 ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərir. Müştərilərimizi geniş çeşidlərlə - professional elektrik alətləri, əl alətləri, qaynaq aparatları və aksesuarları, ölçü alətləri, nərdivanlar və isgələlər, kəsici və yonucu disklər, işçi geyimləri, qaldırıcılar, təhlükəsizlik kəmərləri və s. məhsullarla təchiz edirik.

Azərbaycanda Bosch elektrik əl alətlərinin rəsmi nümayəndəliyini həyata keçirən şirkətimiz eksklüziv servis xidmətinə malikdir. Şirkətimiz rəsmi servis sertifikatlarına sahib olaraq müştərilərin satışdan sonrakı təmir ehtiyaclarını da tam şəkildə ödəmə iqtidarındadır. Geniş məhsul portfelimizdə dünyanın sınaqdan çıxmış 14 brendi mövcuddur. Fəaliyyətə başladığımız andan ən böyük sərvətimizin müştəri olduğunu dərk edərək onlarla etibarlı və uzun müddətli əməkdaşlıq mühiti formalaşdırmışıq. Biz tikinti və neft-qaz sektorunda elə bir biznes imkanları yaratmışıq ki, orada hər bir vətəndaşa, sahibkara keyfiyyətli məhsul və xidmətlər təklif olunur.

Xəbər lenti

Xəbər lenti