...

“Bank of Baku”-dan müəllimlərə 5000 manat kreditə 1000 manat tam faizsiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 11:16 (UTC +04:00)
Qarşıdan gələn müəllimlər günü ilə əlaqədar “Bank of Baku” Azərbaycanın təhsil işçiləri üçün ilk dəfə “5000 manat kreditə 1000 manat TAM FAİZSİZ” original və fərqli bir kredit kampaniyasına başlayır.
“Bank of Baku”-dan müəllimlərə 5000 manat kreditə 1000 manat tam faizsiz

Qarşıdan gələn müəllimlər günü ilə əlaqədar "Bank of Baku" Azərbaycanın təhsil işçiləri üçün ilk dəfə "5000 manat kreditə 1000 manat TAM FAİZSİZ" original və fərqli bir kredit kampaniyasına başlayır.

Kampaniya çərçivəsində "Bank of Baku"-dan kredit götürən müəllimlər faizli kredit məbləğinin 20 %-i həcmində tam faizsiz kredit almaq imkanı əldə edir. Belə ki, müştəri ümumi şərtlər çərçivəsində 5000 manat kredit alırsa, əlavə olaraq bu məbləğin 20 %-i, yəni 1000 manat məbləğində faizsiz kredit alma şansı qazanır. Faizli kreditin maksimal məbləği 5000 manat, müddəti isə 30 aydır. Faizsiz kreditin müddəti, faizli kreditin müddətinin maksimum yarısı ola bilər.

Bankın təkrar müştəriləri kreditdən arayışsız yararlana bilər.

Başlayan kampaniya ilə əlaqədar "Bank of Baku"-nun sədr müavini Abbas İbrahimov müəllimlər üçün yaradılan bu fürsətin təsadüfi olmadığını bildirib. "Müəllimlər bizim ənənəvi və ən iri müştəri seqmentlərindən biridir. Onların bizə sadiqliyini mükafatlandırmaq məqsədi ilə ilk dəfə məhz onlar üçün bu cür kampaniyaya başlayırıq. "Bank of Baku" olaraq Azərbaycan müəllimlərini peşə bayramı münasibətilə təbrik edir və uğurlar diləyirik".

Kampaniya 15 noyabr tarixinədək davam edəcək.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsində müvafiq sual vermək olar. "Bank of Baku"-dan ilk dəfə kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını,"Bank of Baku"-nun daimi müştəriləri "Dostlar klubu"nun hansı kartına sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə "Dost, boşluq, 6 rəqəmli müştəri kodu"nu yazıb 8145-ə SMS göndərə bilər.

Xəbər lenti

Xəbər lenti