Azərbaycan, Bakı, 13 oktyabr/Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərbaycan Sənaye Sığorta" ASC-nin konvertasiya üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 1632 manat olan 5000 ədəd adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nin yaydığı məlumatda deyilir.
Səhmlər hər birinin nominal dəyəri 1200 manat olan 5000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.
Beləliklə, şirkətin nizamnamə kapitalı 6 milyon manatdan 8,16 milyon manata çatacaq.