...

Bakının Yasamal rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 16:28 (UTC +04:00)
Bakı şəhəri Yasamal rayonu “Qızıl Şərq” adlanan hərbi şəhərcik ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Bakının Yasamal rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Bakı şəhəri Yasamal rayonu "Qızıl Şərq" adlanan hərbi şəhərcik ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar oktyabrın 19-20-də şəhərcik ərazisinə, eləcə də Şahbazi və İ.Qutqaşenli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qeyd edək ki, indiyədək şəhərcik ərazisində içməli su səhər və axşam qrafiklə verilirdi. Yeni magistral xəttin şəbəkəyə qoşulmasından sonra içməli su təchizatı fasiləsiz olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti