Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan hökuməti Dünya Bankından (DB) səhiyyə və təhsil sahələrində iş üçün əlavə vəsaitlərin cəlb edilməsi imkanını qiymətləndirəcək.
Bu barədə çərşənbə axşamı Trend-ə hökumətdən bildiriblər.
"Biz səhiyyə və təhsil sahələrində layihələrin həyata keçirilməsinin nəticələrini öyrənəcəyik. Əgər məqsədəuyğun olarsa, DB ilə yeni layihələrə başlayacağıq", - hökumətdən deyiblər.