...

Azərbaycanda sosial ipoteka ala biləcək şəxslərin siyahısı genişləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısı genişləndiriləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə MB-nin baş direktoru Rəşad Orucov bildirib.

"Bu yaxınlarda qanunvericiliyə edilmiş dəyişikliklər əsasında bu kateqoriyadan olan şəxslərə hərbi qulluqçular və Fövqəladə Hallar Nazirliyinin işçiləri də aid edilib. Bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsinə dair təkliflər var", - Orucov deyib.

O, bu təkliflərin yaxın vaxtlarda qəbul edilməsinin mümkünlüyünü istisna etməyib.

Həmçinin sosial ipoteka kreditinin maksimum məbləğinin indiki 35 mindən 50 min manata, hətta 60 min manata qədər artırılması təklif edilir. Eləcə də, sosial ipoteka çərçivəsində illik faiz dərəcələrinin hazırkı 4 faizdən aşağı salınmasının təkrar nəzərdən keçirilməsi mümkündür. Bundan əlavə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər.

"Zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borc alan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq ki, bu zaman o, bütün məbləği tam şəkildə özü ödəməli olacaq", - Orucov deyib.

Onun sözlərinə görə, hazırda fondun kapitallaşdırılması məsələsi həll edilir ki, fondun imkanları bundan asılı olacaq.

"Fondun kapitallaşdırılması sosial ipotekanın [2013-cü il üçün bu məbləğ 2012-ci ildə 20 milyon manatdan 40 milyon manata qədər artırılıb] maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayırılan vəsaitlərdən asılı olacaq", - Orucov deyib.

Baş direktor bildirib ki, yeni strukturun təsis edilməsini çətinləşdirməmək üçün, Zəmanət Fondu AİF yanında yaradılacaq.

Orucov qeyd edib ki, adi ipoteka kreditlərinin verilməsi şərtlərində dəyişiklik edilməyəcək, yalnız kreditin məbləği hazırkı 50 min manatdan 100 min manata çardırılacaq. İllik faiz dərəcələri isə olduğu kimi - illik 8 faiz - qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti