...

İqtisadi İnkişaf Nazirliyinə 17 mindən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 16:41 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə noyabr ayı ərzində 400-ə yaxın müraciət daxil olub.
İqtisadi İnkişaf Nazirliyinə 17 mindən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə noyabr ayı ərzində 400-ə yaxın müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 17 mindən çox müraciət edilib.

Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti