...

Azərbaycanda 11 mindən çox kənd təsərrüfatı məhsulları istehsalçısına subsidiyalar verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2012 17:19 (UTC +04:00)
Respublika Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycanda 11 mindən çox kənd təsərrüfatı məhsulları istehsalçısına subsidiyalar verilib

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Kənd Təsərrüfatı Nazirliyində nazir İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Respublika Komissiyasının sədri, nazir Abasov qeyd edib ki, 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlərin daxil olması davam edir.

Komissiya 9 satıcı təşkilat, o cümlədən, "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "İ.E.R. LTD" MMC, "Azər Şəkər İstehsalat Birliyi" MMC, "MKT İK" MMC, "AQRO NUR" MMC, "Aqrolayn QRUP" MMC və "CTS AQRO" MMC və "Mikro Az Feed" MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunmuş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın 1.2, 2.3 və 2.8 maddələrinə və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarının 2.1 və 2.3 maddələrinə uyğun olaraq, 11422 nəfər istehsalçıya 68265,15 hektara görə 50 faiz güzəştlə satılmış 11860,7 ton mineral gübrə üçün 2 milyon 917 min manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi barədə Qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti