...

Bakı Metropoliteni mərkəzdəki stansiyaların ikinci çıxışının tikintisi variantlarını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2013 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının tikintisini 2014-cü ilin sonunda tamamlamağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə Bakı Metropolitenindəki mənbə məlumat verib.

"İşlər aktiv sürətlə aparılır və gələn ilin sonuna tikinti işlərini başa çatdırmağı planlaşdırırıq", - mənbə deyib.

Bir çıxışa malik digər stansiyaların əlavə çıxışlarının tikintisi ilə bağlı suala toxunan mənbə bildirib ki, hazırda əlavə çıxışların yerləşə biləcəyi sahələrin axtarışı aparılır.

Bakı Metropoliteninin nümayəndəsinin sözlərinə görə, habelə bu, "İçərişəhər", "Sahil" və "Nizami" stansiyalarına aiddir.

"Həmin stansiyalar mərkəzdə yerləşdiyindən əlavə çıxışlar üçün yer tapmaq çox çətindir və indi bu məsələ ilə bağlı kəşfiyyat işləri aparılır", - mənbə qeyd edib.

Onun sözlərinə görə, stansiyaların ikinci çıxışının olması yanğın təhlükəsizliyi nöqteyi-nəzərindən çox mühümdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti