...

Azərbaycan ÜDM-in adambaşına düşən həcminə görə keçmiş SSRİ-nin bir sıra respublikalarını qabaqlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2013 18:20 (UTC +04:00)
2020-ci ilə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 130-140 milyard dollara çatacaq. Bu rəqəm 2003-cü ildə 7 milyard dollar olub.
Azərbaycan ÜDM-in adambaşına düşən həcminə görə keçmiş SSRİ-nin bir sıra respublikalarını qabaqlayır

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İzzət/

2020-ci ilə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 130-140 milyard dollara çatacaq. Bu rəqəm 2003-cü ildə 7 milyard dollar olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Ümummilli lider Heydər Əliyev-90" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 90-cı illərdə ÜDM-in adambaşına düşən həcminə görə Ukrayna, Gürcüstan, Moldova, Özbəksitan, Belarus kimi ölkələrdən geri qalırdı, lakin hazırda bu ölkələri xeyli qabaqlayır.

Səmədzadə deyib ki, qarşıya 2020-ci ilə ÜDM-in adambaşına düşən həcmini 13 min dollara çatdırmaq tapşırığı qoyulub. Bu göstərici 2003-cü ildə 898 dollar təşkil edib.

O bildirib ki, ölkənin dövlət büdcəsi bu vaxtadək 45 milyard dollara çatacaq. Halbuki 2003-cü ildə bu rəqəm 1 milyard dollara bərabər olub.

"Daha hansı ölkədə belə dinamikanı müşahidə etmək olar? Bəzən bunu Azərbaycandakı neft-qaz ehtiyatlarının olması ilə əlaqələndirirlər, lakin ölkənin uğuru karbohidrogen resursları ilə bağlı deyil", - Səmədzadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti