...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2013 13:57 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən,Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) bahalaşıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) bahalaşıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78478 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

18 fevral

0,7847

25 fevral

0,7847

19 fevral

0,7847

26 fevral

0,7849

20 fevral

0,7848

27 fevral

0,7849

21 fevral

0,7847

28 fevral

0,7848

22 fevral

0,7847

1 mart

0,7848

Həftə ərzində orta

0,78472

Həftə ərzində orta

0,784482

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0002 bənd (0.02 faiz) azalıb. Müvafiq olaraq, orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78368 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 25-də 0,7835 AZN/USD məzənnə ilə 3,38 mln. dollar; fevralın 26-da 0,7838 AZN/USD məzənnə ilə 3,925 mln. dollar; fevralın 27-də 0,7837 AZN/USD məzənnə ilə 1,5 mln. dollar; fevralın 28-də 0,7837 AZN/USD məzənnə ilə 2,274 mln. dollar; martın 1-də 0,7837 AZN/USD məzənnə ilə 0,834 mln. dollar.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

18 fevral

0,7837

25 fevral

0,7835

19 fevral

0,7837

26 fevral

0,7838

20 fevral

0,7837

27 fevral

0,7837

21 fevral

0,7837

28 fevral

0,7837

22 fevral

0,7837

1 mart

0,7837

Həftə ərzində orta

0,7837

Həftə ərzində orta

0,78368

USD/AZN T+2 aləti üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. Bir mart tarixində USD/AZN T+1 aləti üzrə 0,7843 AZN/USD-da məzənnə ilə 26 milyon dollar hıcmində əməliyyatlar həyata keçirilib.

EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti