...

Azərbaycanda təxminən 45 minə yaxın kiçik dövlət müəssisəsi özəlləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2013 11:51 (UTC +04:00)
Azərbaycanda dövlətsizləşdirmə proqramı çərçivəsində təxminən 45 minə yaxın kiçik dövlət müəssisə və obyekt özəlləşdirilib.
Azərbaycanda təxminən 45 minə yaxın kiçik dövlət müəssisəsi özəlləşdirilib

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda dövlətsizləşdirmə proqramı çərçivəsində təxminən 45 minə yaxın kiçik dövlət müəssisə və obyekt özəlləşdirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Heydər Əliyev və Azərbaycanda mülkiyyət sahəsində islahatlar" elmi-praktik konfransında çıxışı zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov bildirib.

Onun sözlərinə görə, bundan başqa 5,3 mindən artıq müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi, həmçinin investisiya müsabiqələrinə yolu ilə təxminən 100 dövlət müəssisəsi özəlləşdirilib.

İnvestisiya yolu ilə özəlləşdirilən müəssisələrə 825 milyondan artıq sərmayə yatırılıb. Bu müəssisələrdə 16,2 mindən artıq yeni iş yeri açılıb.

Həsənov vurğulayıb ki, proqramın fəaliyyəti çərçivəsində 850 mindən artıq daşınmaz əmlaka mülkiyyət hüququ qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti